Aİ-nin ən bədbəxt ölkəsi seçildi

ai-nin-en-bedbext-olkesi-secildi
Oxunma sayı: 5462

Bolqarıstan Avropa İttifaqının (Aİ) ən bədbəxt ölkəsi kimi tanınıb.

“Qafqazinfo” “The Independent” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Statistika Agentliyi “Eurostat”ın araşdırmasının nəticələri sübut edir.

Bildirilir ki, bolqarlar həyatdan ümumi məmnunluqlarını on bal üzrə 6 baldan az qiymətləndiriblər. Həmçinin, almanlar da həyatdan çox razı deyillər. Onlar isə 6,5 balla qiymətləndiriblər.

Araşdırmaya görə, ən xoşbəxt insanlar Avstriyada yaşayır və onlar məmnunluq səviyyələrini 8 bal olaraq təyin ediblər. Rumıniya, Polşa və Finlandiyada da yüksək göstəricilər qeydə alınıb. Onlar hərəsinə 7,7 bal olaraq ikinci yeri bölüşüblər.