“Aİ regionda sülh və sabitlik üçün səylərini davam etdirəcək”

ai-regionda-sulh-ve-sabitlik-ucun-seylerini-davam-etdirecek
Oxunma sayı: 1306

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin telefon danışığı baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.