Aİ Rusiyanın dondurulmuş aktivlərini blokladı

ai-rusiyanin-dondurulmus-aktivlerini-blokladi
Oxunma sayı: 488

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini müddətsiz olaraq bloklayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Aİ cümə günü Avropada saxlanılan Rusiya Mərkəzi Bankının aktivlərini müddətsiz dondurmaq barədə razılığa gəlib və bununla da sözügedən vəsaitlərin Ukraynaya yardım göstərmək üçün istifadə edilməsinə dair ciddi maneə aradan qaldırılıb.

Xatırladaq ki, bir gün əvvəl Belçika, Bolqarıstan, İtaliya və Malta Rusiyanın aktivlərinin müddətsiz şəkildə dondurulmasını dəstəkləmişdi.