“Aİ Rusiyanın qazı tamamilə kəsməsinə hazır olmalıdır”

ai-rusiyanin-qazi-tamamile-kesmesine-hazir-olmalidir
Oxunma sayı: 1296

“Aİ Rusiyanın təbii qazı tamamilə kəsməsi ehtimalına hazır olmalıdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamenti Baş Assambleyasında çıxışı zamanı deyib.

O, enerji təchizatına toxunaraq, “Biz qaz təchizatını hər şeydən əvvəl Rusiyadan etibarlı təchizatçılara şaxələndiririk. Bizim səylərimiz artıq böyük fərq yaradır” deyib.

Von der Leyen, mart ayından bəri Rusiyadan Avropaya qlobal LNG ixracının 2021-ci ilə nisbətən 75 faiz, ABŞ-dan Aİ-yə LNG ixracının isə təxminən üç dəfə artdığını bildirib.

“Aİ qaz axının gələcəkdə fasilələrə, hətta Rusiya qazının tamamilə dayandırılmasına hazır olmalıdır”, - deyə o əlavə edib.

İxtisardan təsirlənən AB ölkələrinin sayının 12 olduğunu bildirən Leyen, bu səbəbdən ayın ortasında fövqəladə vəziyyət planını açıqlayacaqlarını deyib:

“Tam kəsilmə halında qazın ən çox ehtiyac duyulan yerə axmasını təmin etməliyik. Avropa həmrəyliyinə sahib olmalıyıq, ümumi bazarı qorumalıyıq”.