İki il öncə yeni qənnadı markası kimi fəaliyyətə başlayan “Dolciaria Cake House” qısa müddətdə hər bir ailənin sevimli məkanı olmağı bacardı.
Daim müştəri məmnuniyyətinə, fikrinə önəm verən “Dolciaria” ötən müddətdə daha da təkmilləşərək, məhsullarının keyfiyyətinə, dadına “dad qatmağı” bacardı.
Az müddətlik fəaliyyətinə baxmayaraq “Dolciaria” ölkədə kifayət qədər tanınmış brendə çevrildi.
Bu gün “Dolciaria”nın müştəriləri arasında məşhurlar, kübar təbəqənin insanları ilə yanaşı tanınmış şirkətlərin sifarişləri də üstünlük təşkil edir.
“Dolciaria”nı fərqləndirən əsas üstünlüyü məhsulların məhz yüksək standartlara cavab verən Belçika şokoladı, 100% kərə yağı, İtalyan qaymağı və təbii inqriyentlərlə hazırlanması oldu.
Azərbaycanın tanınmış texnoloqu Bəhruz Qəlbinurun rəhbərliyi və nəzarəti ilə seçilən məmulatlardan hazırlanan məhsullar bu qənnadı butikinin dad tərzinə özəllik qatmaqdadır.
Balaca şirniyyat butiqi kimi Avropa məkanlarını xatırladan “Dolciaria” dadı, tərzi, qablaşdırılması, dizaynları ilə də seçilir.
Gündən-günə artan brendin uğurları bundan sonra da davam edəcək, yeni məhsullar satışa təqdim olunacaq.
Artıq korporativ təkliflər də qəbul edən “Dolciaria” hər kəsin ağız dadına uyğun məhsullarla insanların ürəyinə yol tapıb, onların özəl günlərini bəzəyir.
Gündən-günə artan tələbatı nəzərə alaraq sifarişlərinizi bir neçə gün öncədən verə bilərsiniz. Çatdırılma xidməti də mövcuddur.
“Dolçiaria” 2 il ərzində onunla olan hər kəsə təşəkkür edir!
“DOLÇİARİA” HƏR BİR AİLƏNİN ŞİRİN SEÇİMİ!
Əlaqə nömrəsi: +994 50 777 80 09
Ünvan: Azadlıq prospekti 89. “Dostluq” kinoteatrının yanı.
Instagram: dolciaria_cakebaku