Akif Qurbanova cinayət işi açıldı - Yenilənib

akif-qurbanova-cinayet-isi-acildi
Oxunma sayı: 9669

“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.

***

Bundan başqa, “Toplum TV”nin əməkdaşı Fərid İsmayılovla da bağlı eyni maddə ilə cinayət işi başlanıb.

Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.