“Akıncı” PUA-nın ilk sınaq atışı baş tutdu - Fotolar+Video

akinci-pua-nin-ilk-sinaq-atisi-bas-tutdu
Oxunma sayı: 3481

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar” PUA-larının yaradıcısı Səlçuk Bayraktar şirkətlərinin yeni istehsalı ilə bağlı maraqlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, tvitter hesabında “Baykar savunma”nın yeni nəsil “Akıncı” PUA-larının atış sınaqlarının görüntülərini paylaşıb.

O bildirib ki, sözügedən PUA öz sinfində hədəfləri 100 faiz dəqiqliklə vurmaq imkanına malik ən yaxşı silahdır.

Dünən test uçuşları keçirilən PUA-ların ilk atış sınaqları bu gün baş tutub və bu, “Roketsan”ın sursatları ilə həyata keçirilib.

Sınaqlar Çorluda yerləşən “Akıncı” Uçuş Təlim və Sınaq Mərkəzindən idarə edilib və əvvəlcədən müəyyənləşdirilmiş hədəfə yönəlmiş üç sursat sərrast vuruşla hədəfi vurub.

S.Bayraktar əlavə edib ki, yeni PUA ikiqat alqışa layiqdir.