Akşener “altılı masa”ya geri dönməsi üçün bu şərti irəli sürdü - Yenilənib

aksener-altili-masaya-geri-donmesi-ucun-bu-serti-ireli-surdu
Oxunma sayı: 6791

Xəbər verdiyimiz kimi, Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, liderlərin görüşündən əvvəl Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İYİ partiyasının sədri Meral Akşenerlə görüşə getməsi marağa səbəb olub.

Sözügedən görüş səbəbindən müxalifət liderlərinin Bakı vaxtı ilə 15:00-da başlaması gözlənilən iclası 17:00-a təxirə salınıb.

***

M.Akşener “altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.

Belə ki, o, Mansur Yavaş və Əkrəm İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif edib. Onun bu təklifi yaxın saatlarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna təqdim edəcəyi gözlənilir.