Aksiyada xəsarət alan 15 yaşlı oğlanla bağlı - Rəsmi açqlama

aksiyada-xesaret-alan-15-yasli-oglanla-bagli
Oxunma sayı: 3183

Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmənin xəsarət aldığı iddia olunur.

Bununla bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib ki, hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik hərəkətlərini davam etdiriblər: “Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək onların cəhdinin qarşısını alıb. Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı gənc xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır. Odur ki, araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcək”.