Aktyor qızları ilə birgə təyyarə qəzasında öldü

aktyor-qizlari-ile-birge-teyyare-qezasinda-oldu
Oxunma sayı: 6357

Almanəsilli aktyor Kristian Oliver və iki qızı Karib dənizində təyyarə qəzasında həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Speed ​​Racer” və “Valkyrie” filmlərinin ulduzu Sent Vinsent və Qrenadinlərdən (SVG) Sent Lusiyaya yola düşübmüş.

Hadisənin təkmühərrikli təyyarədə yaranan texniki nasazlıqdan baş verdiyi bildirilir. Qəza zamanı təyyarədə olan hər kəs - Oliver, onun 12 və 10 yaşlı qızları, həmçinin pilot ölüb.

Əsl adı Kristian Klepser olan 51 yaşlı aktyor, Stiven Soderberqin “Yaxşı Alman” filmində, məşhur Alman serialı “Kobra 11 üçün həyəcan siqnalı”nda detektiv rolunda, həmçinin “Netflix Sense8” seriyasında çəkilib.