Alim Qasımovla Natiq Şirinov quda oldu - Foto

alim-qasimovla-natiq-sirinov-quda-oldu
Oxunma sayı: 9510

Əməkdar artist Fərqanə Qasımova və "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov qohum olub.

"Qafqazinfo" xəbər verir ki, nağara ifaçısının oğlu Ümid xanəndənin qızı Fatimə ilə nişanlanıb.

Bu barədə N. Şirinov və F. Qasımova instaqramda paylaşım ediblər. 

"Qızım sənə həyatda Ümidlə birgə bir ömür xoşbəxtlik arzu edirəm. Allah bütün valideynlərə uşaqlarının sevincini görməyi qismət etsin. Bütün subaylara qismət!", - deyə Qasımova yazıb. 

"Canım oğlum Ümid, gözəl qızım Fatimə, bir ömür boyu xoşbəxt olun!", - deyə Şirinov qeyd edib. 

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir. O, bu il Tibb Universitetinə qəbul olunub. Ümid isə "Natiq" ritm qrupunun üzvüdür.