Almaniya bu əcnəbilərə vətəndaşlıq verməyəcək

almaniya-bu-ecnebilere-vetendasliq-vermeyecek
Oxunma sayı: 3344

Almaniyada irqçi, homofob və radikal dindarlara qarşı cinayətlərin cəzası sərtləşdirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa, irqçi, əcnəbi düşməni və antisemit düşüncə tərzinə malik əcnəbilərin Almaniya vətəndaşlığına keçməsinin də yolu bağlanılır.

“Bu addımla təhrikedicilərin alovlandırdığı qorxu iqliminə qarşı qərarlı bir reaksiya veririk”, - Almaniya ədliyyə naziri Kristin Lambert deyib.