Almaniya səfirliyi də Vüsal Şilderin qətl işinə qarışdı

almaniya-sefirliyi-de-vusal-silderin-qetl-isine-qarisdi
Oxunma sayı: 6508


Mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində qətlə yetirilən Almaniya vətəndaşı ilə bağlı artıq bu ölkənin Azərbaycandakı səfirliyi də hərəkətə keçib. Bu barədə “Qafqazinfo”ya qətlə yetirilən Vüsal Schilderin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, qətlin araşdırılması ilə bağlı Vüsalın atası, “Mersedes-Bens”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Adolf Schilder səfirliyə müraciət edib. Almaniya səfirliyi qətlin araşdırılmasında yaxından maraqlanacağını və cinayətkarların üzə çıxması üçün əllərindən gələni edəcəklərini bildirib.

Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, istintaq araşdırmaları zamanı müəyyən edilib ki, Vüsal Şilder adının açıqlanmadığı azərbaycanlı qızla ailə həyatı qurmaq məqsədilə tanış olaraq yaxınlıq edib: “Lakin sonradan həm qız, həm də valideynləri bunun əleyhinə çıxmış, münasibətlərin davam etdirilməsini istəməyiblər. Vüsal Şilder onları qızın müxtəlif formada çəkdiyi şəkillərini sosial şəbəkələrdə yayacağı hədəsi ilə şantaj etmiş və özü də elə həmin şantajın qurbanı olub”.

Əldə etdiyimiz digər məlumata görə isə, Vüsal Schilderin öldürülməsinə səbəb kimi göstərilən şantaj faktında (red – bu barədə dünən Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir) adı hallanan, lakin nazirliyinin adını çəkmək istəmədiyi azərbaycanlı qız ailəsi ilə birgə ölkəni tərk edib.