Almaniyada avtobus aşdı - 27 şagird xəsarət aldı

almaniyada-avtobus-asdi
Oxunma sayı: 1097

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Məlumata görə, içərisində 15-17 yaşlı məktəblilərin də olduğu avtobus A45 şosesində yoldan çıxaraq aşıb.

Bildirilib ki, şagirdlərdən dördü ağır yaralanıb və xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.