Almaniyadakı azərbaycanlı həkimə - Ağır itki

almaniyadaki-azerbaycanli-hekime
Oxunma sayı: 3836

Uzun illərdir Almaniyanın Münhen şəhərində yaşayan tibb sahəsində çalışan həmyerlimiz, həkim, Dr.med. Fariz Abdullayevin ailəsinə ağır itki verib.

Doktor Fariz Abdullayevin verdiyi açıqlamaya görə, atası, Əlişir Abdullayev müalicə aldığı Almaniyanın Münhen Ludwig-Maximilian Universitetinin klinikasinda 30 oktyabr 2023-cü il tarixində, 76 yaşında vəfat edib.

Mərhumun kədərli ailəsinə, yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbir diləyirik.

Qeyd edək ki, vida mərasimi 5 noyabr tarixində mərhumun doğulub boya-başa çatdığı Bərdə şəhərində keçiriləcək. 3 və 7 mərasimi isə noyabrın 7-də baş tutacaq.

Allah rəhmət eləsin!