Amerika İrana zərbə endirməyə hazırdır

amerika-irana-zerbe-endirmeye-hazirdir
Oxunma sayı: 633

ABŞ İrana qarşı güc tətbiq edə bilər. Belə bir bəyanatla Pentaqon rəhbəri Leon Panetta çıxış edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Vaşinqtonda çıxış edən Panetta bildirib ki, belə bir addım İranın nüvə proqramı probleminin danışıqlar masası arxasında həllinin mümkünsüzlüyü halında atıla bilər.

“Biz problemin diplomatik həllini tapmaq istəyirik. İrana təzyiqi artırmaqda davam edəcəyik ki, o məhz bu varianta razılıq versin. Lakin biz bütün mümkün variantları nəzərdən keçiririk, o cümlədən hərbi variantı”, - deyə o vurğulayıb.

Panetta qeyd edib ki, problemin hərb yolu ilə həlli sonuncu variantdır: “Bunu yalnız başqa variantların nəticə vermədiyi halda tətbiq etmək olar. Başqa çıxış yolumuz olmasa, İrana zərbə endirməyə hazırıq”.