“Ana-bala”dan 5 telefon çıxdı

ana-baladan-5-telefon-cixdi
Oxunma sayı: 1657


“Qafqazinfo” Pentensiar Xidmətin saytına istinadən xəbər verir ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına  qısamüddətli görüşə gələn anasının üzərinə baxış keçirilib.

Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilən zaman “Ana-bala” adlı yağ qabının içərisində gizlədilən 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Murad Əhməd