“Anam üçün çox darıxmışam...” - Deniz ağladı

anam-ucun-cox-darixmisam
Oxunma sayı: 707

Türkiyəli müğənni Deniz Seki mətbuat konfransı keçirib. “Qafqazinfo” xəbər verir ki, həbsdən çıxan sənətçi jurnalistlərin suallarını cavablandırıb. 

Seki həbsxanada çətin günlər yaşadığını söyləyib: “İşləmədiyim bir günahı üstümə atdılar, cəza verdilər. Çox duyğuluyam, çətin günlər yaşadım. Həyəcanlıyam, sizə deyəcəyim sözləri unuduram”. 

Göz yaşlarına qərq oluan Deniz mətbuat orqanlarına da müraciət edib:

“Sizə bir baxışım hər şeyi izah edir. Mətbuat orqanlarından bir xahişim var. Mənə çəkimin artdığını, yorğun olduğumu deyə bilərsiz. Amma məni incitməyin. Müəyyən hadisələri yumşaq dildə ifadə edin. Bəzi şeylər mənə çox təsir edir. İndi isə evimə getmək istəyirəm, anam üçün darıxmışam. Bu an harada yaşayacağımı bilmirəm, amma Türkiyədə qalacam”.