Anım Günü bu marşrutların hərəkət cədvəli dəyişdiriləcək - Siyahı

Anım Günü bu marşrutların hərəkət cədvəli dəyişdiriləcək
Oxunma sayı: 2923

27 sentyabr - Anım Günü keçiriləcək tədbirlərlə əlaqədar bir sıra yollarda hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi  də müvəqqəti olaraq dəyişdiriləcək. 

Belə ki, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.