Anım Günü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər keçirildi - Fotolar

anim-gunu-ile-elaqedar-xezer-rayonunda-silsile-tedbirler-kecirildi
Oxunma sayı: 1235

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Xəzər rayonunda silsilə tədbirlər keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, tədbirlər çərçivəsində Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Binə qəsəbəsindəki Şəhidlər xiyabanında geniş tərkibdə anım tədbiri keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və Aparatın şöbə müdirləri, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri, idarə  və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, İctimai Birliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir başlamazdan öncə şəhid ailələri ilə görüş keçirilib.

İlk olaraq Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulayıb. Həmçinin ordumuz tərəfindən Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün antiterror əməliyyətlarında qazanılan uğurlardan söhbət açıb.

E.Salahov çıxışında bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir. E.Salahov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edərək, Xəzər Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhid ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılaraq, problemləri ilə daim yaxından maraqlanıldığını bildirib. 

Tədbirdə Xəzər rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb, həmçinin qalib Azərbaycan ordusunun keçdiyi tarixi yolundan və Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıblar. 

Tədbirdə Şəhid İman və Bəhrəm qardaşların atası Elman Məmmədov, Şəhid Ramil Yusifzadənin anası Reyhan xanım Yusifzadə və  Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı çıxış edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.