Antiterror tədbirlərində iştirak edən Avropa çempionatının mükafatçısı - Fotolar

antiterror-tedbirlerinde-istirak-eden-avropa-cempionatinin-mukafatcisi
Oxunma sayı: 2065

Savat döyüş növü üzrə Avropa çempionatında bürünc medal qazanan Sənan Babazadə sentyabrın 19-da “Qarabağ”da başlayan antiterror tədbirlərində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər Polis İdarəsinin xüsusi təyinatlısı döyüşlərdə qolundan və başından yaralanıb.

Hazırda Gəncədəki Abbas Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır.

Qeyd edək ki, Sənan Babazadə avqustun 31-dən sentyabrın 2-dək Xorvatiyanın Zaqreb şəhərində keçirilən savat döyüş növü üzrə Avropa çempionatında bürünc medal qazanıb. O, həmçinin Asiya kubokunun qalibidir.  S.Babazadə bu il “Xorvatiya Open” və “Macarıstan Open” turnirlərində bürünc medal, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Respublika turnirində qızıl medal qazanıb.