“Araz-Naxçıvan” “Sabah”a məğlub oldu

araz-naxcivan-sabaha-meglub-oldu
Oxunma sayı: 1848

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ilk günün digər oyununda uzun müddətdir məğlubiyyət tanımayan lider “Araz-Naxçıvan” “Sabah”ı sınağa çəkib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.

“Zirə” – “Turan Tovuz” və “Neftçi” – “Kəpəz” oyunları sabah, “Qarabağ” – “Sumqayıt” matçı isə dekabrı  16-da keçiriləcək.

Turun açılış oyununda “Şamaxı” ilə “Səbail” qolsuz heç-heçəyə razılaşıb – 0:0.

Azərbaycan Premyer Liqası
17-ci tur
14 dekabr

“Araz-Naxçıvan” – “Sabah” 0:1
Qol: Coy Lens Mikels, 78
.