Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Azərbaycan istehlakçısını yüksək keyfiyyətli, uyğun qiymətli məhsullarla təmin etmək üçün əhatə dairəsini genişləndirməyə davam edir. Bu məqsədlə “Araz” Bakı, Sumqayıt, Xırdalan daxil olmaqla, Bakıətrafı kənd və qəsəbələr, eləcə də bölgələrdə fəaliyyət göstərən mağazalarla müştərilərinə xidmət göstərir. “Araz” həmçinin pərakənda satış üzrə dünyanın ən böyük şəbəkələrindən biri olan “Spar İnternational”ın Azərbaycanda françayzinq hüququna da malikdir.
“Araz” Avropanın müxtəlif brendlərini də Azərbaycan alıcısına çatdırır. Belə ki, Polşanın Pepco brendinə məxsus yüksək keyfiyyətli və sərfəli qiymətli Avropa məhsulları “Araz” supermarketlər şəbəkəsinin “shop in shop” (mağaza içində mağaza), və “stand alone” (müstəqil mağaza) formatında mağazalarında müştərilərə təqdim olunur. Bu isə yeni iş yerlərinin açılmasına və yüzlərlə vətəndaşın işlə təmin olunmasına imkan yaradır.
7.000-dən çox əməkdaş mağazalarda işlə təmin edilib
Paytaxtla yanaşı müxtəlif bölgələrdə mağazaların sayının artırılması, yeni filialların açılması həmin ərazilərdə yaşayan insanların məşğulluğuna böyük töhfə verir. Belə ki, “Araz” böyük işəgötürən kimi ümumilikdə 9.000-dən artıq şəxsi işlə təmin edir ki, onlardan 7.000-dən çoxu mağazalar üzrə fəaliyyət göstərir.
İşaxtaran şəxslər təlimlərə cəlb edilir
“Araz” işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir. “Peşə hazırlığına dəstək” layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı kursları təşkil edilir və onların “Araz”da işlə təmin edilməsi həyata keçirilir. Həmçinin, işaxtaran şəxslərə daha əlçatan olmaq məqsədilə mütəmadi olaraq əmək yarmarkaları keçirilir. Yarmarkalarda 300-dək vakansiya işaxtaranlara təqdim olunur və onların müraciəti yerindəcə dəyərləndirilir. “Araz”ın yeni fəaliyyətə başlayan “Araz Supermarket İşə Qəbul Mərkəzi” işaxtaranların mövcud vakansiyalar üzrə müraciətlərinin vahid mərkəzdən idarə edilməsi, bu müraciətlərə baxılmasının operativ aparılması, həmçinin işə qəbul edilən şəxslər üçün oriyentasiya və təkmilləşdirmə təlimlərinin bir ünvanda keçirilməsinə xidmət edir.