“Arda Gülərin möhtəşəm xarakteri var” - Ançelotti

arda-gulerin-mohtesem-xarakteri-var
Oxunma sayı: 2690

Xəbər verdiyimiz kimi, Türkiyə yığmasının üzvü Arda Gülər “Real”ın heyətində ilk rəsmi oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti qarşılaşmadan sonra Arda haqda danışıb. İtalyan mütəxəssis 18 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər deyib:

“Arda Gülər yavaş-yavaş səviyyəsini yüksəldəcək. Meydanda keyfiyyətini göstərdi. Vacib olan zədədən qayıtması idi. Onun möhtəşəm xarakteri var. Bu, “Real”da çox önəmlidir”.