Arestoviç prezidentliyə namizəd olmaq istəyir

arestovic-prezidentliye-namized-olmaq-isteyir
Oxunma sayı: 2147

Ukrayna prezidentinin Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç prezidentliyə namizəd olmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “İnterfaks-Ukrayna”ya bildirib.

O, jurnalistin Ukraynada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyəti ilə bağlı suallarına “Bəli, namizədliyimi irəli sürəcəyəm”, - deyə cavab verib.

Qeyd edək ki, müharibə şəraiti ilə bağlı Ukraynada prezident seçkilərinin nə zaman olacağı məlum deyil.