Argentina Ukrayna ilə bağlı sammit keçirəcək

argentina-ukrayna-ile-bagli-sammit-kecirecek
Oxunma sayı: 1943

Argentina Ukraynadakı münaqişənin həlli üçün Latın Amerikası liderlərinin sammitini keçirəcək.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva bildirib.

Onun sözlərinə görə, sammitin keçirilməsini Ukrayna Prezidenti Volodimir Zelenski və argentinalı həmkarı Xavyer Miley müzakirə ediblər.

Sammit 2024-cü ilin əvvəlinə planlaşdırılıb.