Arif Qasımovun sakinlərlə növbəti görüşü keçirilib - Foto

arif-qasimovun-sakinlerle-novbeti-gorusu-kecirilib
Oxunma sayı: 828

Yanvar 29-da 62 №-li məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən R.Rüstəmov küçəsi 13, M.Abbasov küçəsi 41, K.Balakişiyev küçəsi 46, 46a ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda sakinlər binaların dam örtüklərinin təmiri, zirzəmilərin təmizlənməsi, pilləkən qəfəsələrindəki pəncərələrin şüşələnməsi, məhəllədəki ağacların budanması, sahibsiz itlərin yığışdırılması və digər sosial problemlərlə bağlı Arif Qasımova müraciət ediblər.

Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.