“Artıq bu mövzudan bezmişəm” - Ançelotti

artiq-bu-movzudan-bezmisem
Oxunma sayı: 4613

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanı klublarının Vinisius Juniorla maraqlanması ilə bağlı sualları cavablandırmaqdan bezdiyini deyib.

“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Artıq bu mövzudan bezmişəm, amma məni narahat etmir. Mən Vinisiusu xoşbəxt görürəm və buna sevinirəm. “Real”da bu mövzu müzakirə olunmur, o da bu barədə danışmır. Vinisius təkmilləşmək istəyir. Düşünürəm ki, o, uğur qazanmağa davam edəcək”, - italyan mütəxəssis bildirib.

Xatırladaq ki, mətbuatda Səudiyyə Ərəbistanı klublarının gələn yay braziliyalı futbolçunu almaq üçün yeni cəhdlər edəcəyi deyilir. Forvardın “Real Madrid”lə müqaviləsi 2027-ci ilə qədərdir.