“ASAN Xidmət” Mərkəzinin əməkdaşı maşını vurulduqdan sonra qaçırılıb - Yenilənib

asan-xidmet-merkezinin-emekdasi-masini-vurulduqdan-sonra-qacirilib
Oxunma sayı: 14727

Ağcabədidə 30 yaşlı qadın qaçırılıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü bir qızın  qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

APA-nın məlumatına görə, sözügedən qadın “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır.

***

Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7-i mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, onun qarşısını kəsən şəxs və ya şəxslər qaçırıb.

T.İbrahimovanın anası Sahibə İbrahimova bildirib ki, onların şübhələrinə görə, övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb. Lakin istər qızın, istərsə də oğlanın telefonlarının söndürülməsi ailəni daha çox narahat edir.

Qızın anası onu da bildirib ki, T.İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qaçırıb.