Aslı Enverin gizli sevgilisi - Foto

asli-enverin-gizli-sevgilisi
Oxunma sayı: 4513

Türkiyəli məşhur aktrisa Aslı Enverin yeni eşq münasibəti ortaya çıxıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun 49 yaşlı iş adamı Önder Öztarhanla sevgili olduğu deyilir.

Belə ki, iş adamının avtomobili aktrisanın evinin qarşında görüntülənib.

Bildirilib ki, bir aydır birlikdə olan cütlük görünməmək üçün evdə görüşüb və münasibətlərini gizli saxlayıb.

Qeyd edək ki, A.Enver bir müddət əvvəl tanınmış müğənni Murat Bozla sevgili olub. Ondan əvvəl isə aktyor Birkan Sokulludan boşanıb. 

49 yaşlı iş adamı Önder Öztarhan isə 2002-2014-cü illərdə Nazlı Keçili ilə ailəli olub. Bu nikahdan onların Sahara və Nazənin adlı iki qızı var.