Astarada hovuzdan 20 minlik nərə oğurlandı

astarada-hovuzdan-20-minlik-nere-ogurlandi
Oxunma sayı: 2442

Astarada balıq kombinatından nərə balıqları oğurlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Qapıçıməhəllə kəndində yerləşən “Astara FİSH” MMC-yə məxsus ərazisə baş verib. Kombinat ərazisindəki hovuzdan hər birinin dəyəri 100 manat olan 200 ədəd nərə balığı naməlum şəraitdə oğurlanıb.

Şirkət rəhbərliyi hadisə ilə bağlı Astara RPŞ-yə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza