Astarada sürüşmə, istinad divarları çaya aşdı - Fotolar

astarada-surusme-istinad-divarlari-caya-asdi
Oxunma sayı: 565

Bir neçə gündür yağan aramsız yağışlar Astara rayonunda sürüşməyə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Vaqo kəndində, Pensərçayın yamacında baş verib. 

Belə ki, yağışlardan sonra çayda sululuq artıb. Suyun Pensərçayın dib yamacını yuması nəticəsində gecə saatlarında çay axınının sol istiqamətində sürüşmə baş verib. Ümumilikdə 20 metr məsafədə torpaq qatı 16 ədəd istinad divarı ilə çaya aşıb.

Sürüşmə səbəbindən bəzi vətəndaşların məhəlləarası istifadə etdiyi yollara da zərər dəyib.

Qeyd edək ki, ərazidəki bus bəndlərin tikintisi 1980-ci illərdə aparılıb. Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəsisləri və texnikaları cəlb olunub. Bus bəndlərin cari təmiri işlərinə başlanılıb.

Surxay Şahbazov