“Ata uşağına pul vermirsə, dövlətə verəcək?!”

ata-usagina-pul-vermirse-dovlete-verecek
Oxunma sayı: 2469

“Mən Aliment Fondunun yaradılmasına qarşıyam”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Biz müsəlman dövlətiyik. Bizdə ailə dəyərləri o qədər yüksəkdir ki... Əgər ata öz uşağının pulunu vermirsə, dövlətə pul verəcək?! Biz elə qanun-qaydalar yaradıb atanı məcbur etməliyik ki, uşağının pulunu versin.

Alimenti niyə dövlətin boynuna qoymalıyıq?! Uşaqlar üçün nəzərdə tutulan müavinətlərin, eləcə də uşaqlar anadan olanda ödənilən birdəfəlik müavinətin artırılmasının isə tərəfdarıyam”.

Zaur Mirzə