“Atama minnətdaram, o, məni idmana qoyub...” - İkinci medalçımız

atama-minnetdaram-o-meni-idmana-qoyub
Oxunma sayı: 13300

Xəbər verdiyimiz kimi, Azərbaycan idmançısı, cüdoda 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov Rioda keçirilən Olimpiya oyunlarında gümüş medal qazanıb.

Qafqazinfo” xəbər verir ki, cüdoçumuz finalda çexiyalı Lukas Krpalekə uduzub və gümüş medalla kifayətlənib.

O görüşdən sonra fikirlərini bölüşüb:

“Bura gələn gündən hiss edirdim ki, yorğunluq var. Amma burada 2 həftə qaldım, dincəldim. Görüşə tam hazır vəziyyədə çıxmışdım. Var-gücümlə güləşdim onunla, sadəcə mənim üstümə gəldi, belə alındı. Yarımfinalla final arasında da çox az vaxt var, dincəlmək olmadı”.

Elmar Qasımov uğuruna görə ailəsinə təşəkkür edib:

“İdmanda verdiyim bütün nəticələrimə görə birinci növbədə atama minnətdaram . O, məni idmana qoyub, ailəmin çox dəstəyi olub. Atama-anama minnətdaram”.

Olimpiya medalçımız sabah mübarizəyə qoşulacaq cüdoçularımız haqda bunu deyib: “Çempion olmaq şansları azdır, amma yer tuta bilərlər”.