Tanınmış türkiyəli aktrisa Devrim Özkanla fransız voleybolçu Trevor Kleveno arasında münasibət olduğu iddiaları sosial mediada yenidən müzakirə mövzusuna çevrilib.
“Qafqazinfo” xəbər verir ki, aktrisanın son paylaşımları izləyicilərin diqqətini cəlb edib.
Xüsusilə eyni məkandan və oxşar kadrlardan edilən paylaşımlar onlar arasında romantik münasibət ehtimallarını gücləndirib.
Xatırladaq ki, Devrim Özkan daha əvvəl Lukas Torreira ilə yaşadığı münasibətlə tez-tez gündəmə gəlmişdi. Cütlük bir neçə dəfə ayrılıb-barışdıqdan sonra 2025-ci ilin avqust ayında münasibətlərinə qəti şəkildə son qoymuşdu.
Ayrılıqdan sonra Özkanın adı Trevor Kleveno ilə hallandırılsa da, tərəflər bu iddialarla bağlı açıqlama verməyib. Bununla belə, sosial mediada bir-birini izləmələri və paylaşımlar arasındakı oxşarlıqlar şayiələrin yenidən alovlanmasına səbəb olub.


Son xəbərlər
Son Xəbərlər