Avropa Şurasının Baş katibi Azərbaycana gəlir

avropa-surasinin-bas-katibi-azerbaycana-gelir
Oxunma sayı: 1024

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycana səfərə gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Buriç öz “X” hesabında paylaşıb.

O, həmçinin paylaşımında Azərbaycan və Ermənistan arasındakı birgə bəyanatı alqışladığını vurğulayıb və bunu düzgün istiqamətdə müsbət addım adlandırıb: “Avropa Şurası davamlı sülhə nail olmaq üçün hər iki tərəfə yardım etməyə hazırdır”.