Avropada koronavirusdan ölən ilk məktəbli - Foto

avropada-koronavirusdan-olen-ilk-mektebli
Oxunma sayı: 5724

Fransada 16 yaşlı Culiya koronavirusa yoluxaraq vəfat edib.

“Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, yeniyetmə martın 23-də yaşadığı Lonjmuyo şəhərində tənəffüs narahatlığına görə xəstəxanaya aparılıb. Lakin məktəblinin vəziyyəti daha da ağırlaşdığından Parisdə özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da o, Avropada COVİD-19-a görə həyatını itirən ilk yeniyetmə kimi tarixə düşüb.

Culiyanın ailəsi KİV-ə açıqlamasında qızlarının buna qədər hər hansı xroniki xəstəlik keçirmədiyini, xəstəliyin öskürəklə başladığını və onda  başqa bir simptom olmadığını bildirib.

Qeyd edək ki, ÜST-ün son statistikasına görə, Fransada 32,964 nəfər sözügedən virusa yoluxub, onlardan 1995-i ölüb.

5700 nəfər xəstəlikdən sağalıb.