Avropanın 20 yaşlı “Qızıl oğlan”ı seçildi

avropanin-20-yasli-qizil-oglani-secildi
Oxunma sayı: 2383

Avropanın 21 yaşa qədər ən yaxşı oyunçusuna verilən illik “Qızıl oğlan” mükafatının qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mükafatın təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, mükafata İspaniyanın “Real Madrid” futbol klubunun ingilis yarımmüdafiəçisi Jude Bellinqhem layiq görülüb.

Qeyd edək ki, 20 yaşlı Bellinqhemin 2023-cü ilin yayında “Real Madrid”ə keçib. O, 14 oyunda 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Ötən mövsümü "Borussiya Dortmund"da keçirən futbolçu 42 matçda 14 qol vurub və 7 məhsuldar ötürmə verib.