Avtobus sürücüsünə hücum edən şəxslərdən daha biri tutulub.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.
DİN rəsmisi qeyd edib ki, martın 12-də Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünə xuliqanlıq hərəkətləri etməkdə təqsirləndirilən qrupun digər üzvü 35 yaşlı Toğrul Rəfizadə də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər