Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Səfərov Səzar Bəhrəm oğlu dünən təxminən saat 23 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21063” markalı avtomobillə Gədəbəy-Novosaratovka avtomobil yolunun üzü Novosaratovka kəndi istiqamətində 8-ci km-liyində rayonun Düzyurd kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ tərəfində yerləşən divara çırpılıb, sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər