Ucar rayonunda yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bərdə şəhər sakini 1988-ci il təvəllüdlü Mehman Mehman oğlu Məmmədovun idarə etdiyi BMW markalı minik avtomobili idarəetmədən çıxaraq suvarma kanalına aşıb.
Nəticədə, sürücünün sərnişin qismində olan həmyerlisi - 1985-ci il təvəllüdlü Roman Zakir oğlu Əsgərov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər