Əfv Sərəncamının icrasına başlanıldı - Video-Yenilənir

efv-serencaminin-icrasina-baslanildi
Oxunma sayı: 1626

Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamının icrasına başlanılır.

“Qafqazinfo” xəbər verir ki, bir azdan əfv edilmiş məhkumlar cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaqlar.

Azad edilənlərin ümumi sayı 20 nəfərdir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Sərəncamdan irəli gələn vəzifələrini icra edir.

***

17 saylı Cəzaçəkmə Müəssisəsindən 4 məhkum azadlığa buraxılıb.

Sail Ağasəlim

Video və fotolar: Xəyal Vəlizadə