Aygün Bəylər vəfat etdi - Yenilənib

aygun-beyler-vefat-etdi
Oxunma sayı: 22268

Əməkdar artist Aygün Bəylər vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, müğənni Ankarada dünyasını dəyişib.

Həmçinin bu xəbəri oxuyun: Российский эксперт: Армению сдерживают несколько факторов

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir neçə saat əvvəl onun ölüm xəbəri yayılsa da, sonradan xəbər təkzib edildi. Hazırda müğənninin nəşi Bakıya gətirilir.

***

Mədəniyyət Nazirliyi Aygün Bəylərin vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində uzun sürən ağır xəstəliklə bağlı müayinə üçün getdiyi Türkiyənin Ankara şəhərində vəfat edib...

Özünəməxsus ifası ilə musiqisevərlərin rəğbətini qazanan Aygün Bəylərin əziz xatirəsi qəlblərdə yaşayacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Aygün Bəylərin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.