Aygün Bəylərin vəziyyəti ağırdır, Bakıya gətiriləcək - Yenilənib

aygun-beylerin-veziyyeti-agirdir-bakiya-getirilecek
Oxunma sayı: 44853

Əməkdar artist, tanınmış müğənni Aygün Hümbətova (Bəylər) dünyasını dəyişib.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. 

Onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov məlumatı təsdiqləyib. 

“Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər” - deyə, aktyor əlavə edib. 

“Özün günahkarsan”, “Ana”, “Küsmə gəl” mahnılarının ifaçısı olan müğənni “Tut ağacı” mahnısı ilə məşhurlaşıb.

Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

***

Mədəniyyət Nazirliyindən bildirilib ki, müğənni Aygün Bəylər haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:

“Hazırda Əməkdar artist müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək”.

***

Aygün Bəylərin rəsmi instaqram səhifəsində də sənətçinin vəziyyəti ilə bağlı paylaşım edilib:

“Aygün Bəylər vəfat etməyib. Vəziyyəti ağırdır. Dua edin”.