“Azadlığın vacibliyini igid qarabağlılardan başqa kim söyləyə bilər?!”

“Azadlığın vacibliyini igid qarabağlılardan başqa kim söyləyə bilər?!”
Oxunma sayı: 2092

“Biz konsensus yaratmalı və regionumuz üçün ümumi rifah naminə yeni səhifə açmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının Bakıda keçirilən üçüncü ümumi konfransında çıxışı zamanı Pakistan Milli Assambleyasının sədri Pərviz Əşrəf deyib.

O qeyd edib ki, koronavirus pandemiyası göstərdi ki, heç bir ölkə bu cür çağırışların öhdəsindən təkbaşına gələ bilməz: “Dünya varlar və yoxlar arasında bölünməyə davam etsə, yaşamaq üçün münasib yer olmayacaq. Sülh və rifah arasında birbaşa əlaqə var. İqtisadi tərəqqi üçün azadlığın vacibliyini igid qarabağlılardan başqa kim bizə söyləyə bilər?! Regional əməkdaşlıqdan danışanda Kəşmir xalqının ağrısına necə göz yuma bilərik?! Pakistan davamlı sülh üçün tərəfləri yenidən danışıqlara çağırır”.

Eldar Tanrıverdi