“Azadlıq” radiosunun müxbiri hücuma məruz qaldı - Video

azadliq-radiosunun-muxbiri-hucuma-meruz-qaldi
Oxunma sayı: 683

Ermənistanda "Azadlıq" radiosunun müxbiri Sisaka Qabrilyan hücuma məruz qalıb.

"Qafqazinfo" "Panarmenian.net"ə istinadən xəbər verir ki, müxbir seçicilərin səsvermədən öncə deputatlığa namizəd olan Akopa Beqlaranın qərargahından pulla çıxdıqlarını gördüyünü  bildirib.

Daha sonra müxbir sözügedən qərargaha girmək istəsə də, ona mane olublar. Hadisə zamanı müxbirə yumruq vurublar.

Qərargaha girə bilməyən jurnalist, içəridən bir neçə vətəndaşın və siyahının olduğu kadrları götürə bilib.