Azərbaycan Hava Yolları (AZAL) və “Bolt Business” arasında imzalanmış yeni razılaşma çərçivəsində AZAL “Miles” proqramının iştirakçıları topladıqları milləri “Bolt” gedişlərinə çevirərək endirimli yolculuq sifariş edə biləcəklər. Bu, istifadəçilərə gündəlik mobillikdə daha çox çeviklik və əlavə üstünlüklər təqdim edir.
Salman Babazadə, “Bolt Business Azerbaijan”ın baş meneceri bildirir:
“AZAL ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq sayəsində istifadəçilərə həm biznes səyahətlərində, həm də gündəlik mobillikdə əlavə üstünlüklər təqdim edirik. Məqsədimiz Azərbaycanın mobillik ekosistemini daha rahat, çevik və əlçatan etməkdir və bu təşəbbüs həmin istiqamətdə vacib addımdır”.
Qeyd edək ki, təklif yalnız “Bolt Business” müştəriləri üçün deyil, “Bolt” tətbiqindən istifadə edən bütün sərnişinlər üçün keçərlidir.
İstifadə qaydası:
AZAL “Miles” tətbiqi → Menyu → Qazanın və Xərcləyin → Milləri Xərclə → “Bolt”
İstədiyiniz Kupon məbləğini seçin və “Al” düyməsinə klikləyin
“Bolt” Promokodu e-poçt ünvanınıza göndəriləcək
“Bolt” tətbiqində Menyu → “Aksiyalar” bölməsində promokodu daxil edin və endirimdən istifadə edin
Həm AZAL “Miles”, həm də “Bolt” xidmətləri Azərbaycan biznes icması tərəfindən geniş istifadə olunduğu üçün bu yenilik korporativ müştərilər üçün də əlavə rahatlıq, sərfəlilik və mobillik çevikliyi yaradır. Konvertasiya prosesi olduqca sadədir: istifadəçi millərini Bolt kuponuna çevirir, promokodu tətbiq edir və istənilən “Bolt” gedişində endirimdən yararlanır.
“Bolt Business”in Azərbaycandakı biznes inkişafı üzrə baş meneceri və sözügedən layihənin rəhbəri Emin Bayramlı qeyd edib:
“Millərin “Bolt” gedişlərinə çevrilməsi həm biznes, həm də fərdi istifadəçilər üçün real dəyər yaradan praktiki həlldir. Bu yeniliyin geniş auditoriya üçün rahat mobillik imkanları yaradacağına inanırıq”.
“Bolt Business Azərbaycan” haqqında qısa məlumat
“Bolt Business” şirkətlər və təşkilatlar üçün nəzərdə tutulmuş korporativ mobillik həllidir. Xidmət bizneslərin əməkdaşlarının gedişlərini, logistika ehtiyaclarını və digər nəqliyyat tələblərini vahid platforma üzərindən daha rahat idarə etməsinə imkan yaradır. “Bolt Business” hazırda Azərbaycanda geniş korporativ müştəri bazasına xidmət göstərir və ölkədə işgüzar mobilliyin optimallaşdırılmasına töhfə verir.


Son xəbərlər
Son Xəbərlər