AZAL sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir

azal-sernisinlerine-novruz-bayrami-munasibetile-endirim-hediyye-edir
Oxunma sayı: 3269

“Azərbaycan Hava Yolları” aviaşirkəti martin 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.

"Qafqazinfo" xəbər verir ki, təklif 28 mart - 20 aprel 2023-cü il tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.

AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı var.

Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.

“Azərbaycan Hava Yolları” qarşıdan gələn Novruz bayramı münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq anlarla dolu səyahətlər arzulayır!