Azaraq Ermənistana keçən Ruslan Bakıya qaytarıldı

azaraq-ermenistana-kecen-ruslan-bakiya-qaytarildi
Oxunma sayı: 8607

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib.

“Qafqazinfo” xəbər verir ki, əsgər Ruslan Pənahov bu gün Azərbaycana təhvil verilib.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.