Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev yenidən Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti seçilib.
Bu barədə “Qafqazinfo”ya federasiyadan məlumat verilib.
Dünən federasiya prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyətinin iclası baş tutub və vitse-prezidentlərin adına aydınlıq gəlib.
Belə ki, Azər Əliyev yenidən birinci vitse-prezident olaraq fəaliyyətini davam etdirəcək.
Vüqar Namazov, Raif Süleymanov və Mahir Musayev digər vitse-prezidentlər olacaqlar.
***
Milli Olimpiya Komitəsi Azər Əliyevin Azərbaycan Pauerliftinq Federasiyasında birinci vitse-prezident seçilməsini təkzib edib. Komitədən verilən məlumatda bildirilib ki, Azər Əliyev heç bir federasiyada vəzifə tutmur.
Son xəbərlər
Son Xəbərlər